TƏCİLİ SATILIR | MƏRDƏKANDA DƏNİZ MƏNZƏRƏLİ, ÇIXARIŞLI BAĞ EVİ
İLİN 4 FƏSLİ YAŞAYIŞ ÜÇÜN YARARLIDIR
Mərdəkanda 7 sot torpaq sahəsində yerləşən 400 m²-lik, 6 otaqlı, 2 mərtəbəli və zirzəmili bağ evimi təcili satıram. Xaricə köçməyimlə əlaqədar evi bazar qiymətindən xeyli aşağı qiymətə satışa çıxarmışam.
Ünvan və sənədlər
* Mərdəkanda, yeni Qoşa Qala restoranının arxasında, əsas yoldan cəmi 70 metr məsafədə yerləşir.
* Həyətin girişinə qədər yol asfaltdır.
* Çıxarışı (kupçası) var. Satış birbaşa ev sahibindəndir.
Evin xüsusiyyətləri
* Ev suvaqlanmış podmayak vəziyyətdədir. Ümumilikdə 4 sanitar qovşağı var.
* Balkonlardan dəniz panoraması açılır.
* Evi öz yaşayışım üçün tikdirmişəm. Tikintidə 16 sütun və 20 mm-lik Ukrayna armaturundan istifadə olunub.
* Mərtəbələrarası örtüklər monolitdir. Fasad bahalı, yüksək keyfiyyətli aqlay daşı ilə üzlənib. Tikinti işlərində yüksək keyfiyyətli və bahalı materiallardan istifadə edilib.
Həyət, hovuz və yay mətbəxi
* Həyətdə tamet döşəmə, damcı suvarma sistemi, qazon, dekorativ ağaclar və güllər var.
* Hovuzun uzunluğu 9 m, eni 4 m, dərinliyi 1,7 m-dir. Hovuz motorlu filtr sistemi ilə təchiz olunub.
* Yay mətbəxi tam təmirlidir. Şüşəli balkon, isti döşəmə, hamam və tualet var. Açıq mətbəxdə kababxana da mövcuddur.
* 4 avtomobillik qaraj var.
Kommunal şərait
* Elektrik və qaz daimidir.
* Şirin su və kanal suyu olmaqla iki daimi su mənbəyi var.
* Həyətdə 15 tonluq yeraltı ehtiyat su çəni mövcuddur.
Bu ərazidə torpağın 1 sotu 35–40 min AZN civarındadır. Ərazidəki torpaq qiymətlərini ayrıca araşdıra bilərsiniz.
İstəyə uyğun olaraq evi dizayner eskizləri əsasında tam təmir edib təhvil verə bilərəm. Tam təmirli variantın qiyməti 450 000 AZN-dir.
Xahiş edirəm, elanı sona qədər oxuduqdan sonra zəng edin. Ciddi alıcılar birbaşa mənimlə əlaqə saxlaya bilərlər.